İstifadəçi qaydaları

DRIVE Nation Azerbaijan platformasını istifadə etməklə siz aşağıdakı qaydalara əməl etməyə razılaşırsınız. Bu qaydalar avtomobil paylaşımı, forum mövzu açmaq və şərh yazmaq kimi bütün fəaliyyətlərə şamil edilir.

1. Ümumi prinsiplər

  • Digər istifadəçilərə və icmaya hörmət göstərin.
  • Yalnız özünüzə aid və ya paylaşmaq hüququnuz olan məzmunu dərc edin.
  • Qanunlara və saytın məxfilik siyasətinə uyğun davranın.

2. Avtomobil paylaşımı

Avtomobil paylaşarkən aşağıdakı şərtlərə əməl edilməlidir:

  • Paylaşdığınız avtomobil sizə məxsus olmalıdır.
  • Şəkillər həmin avtomobilə aid olmalıdır; başqasının şəkillərini icazəsiz istifadə etməyin.
  • Loqolu şəkillər qəbul edilmir.
  • AI ilə generasiya olunmuş şəkillər qəbul edilmir.
  • Şəkillər üçün tövsiyə olunan format 1:1-dir. Maksimum ölçü 5 MB, formatlar: PNG, JPG, WEBP.
  • Saxta və ya yanıltıcı məlumat daxil etməyin. Eyni avtomobili təkrarlı paylaşmaq qadağandır.

3. Forum mövzu açmaq

Forumda mövzu açarkən:

  • Mövzu dəyərli və müzakirəyə açıq olmalıdır.
  • Mövzular avtomobil, icma və saytla əlaqədar olmalıdır.
  • Spam və ya reklam məzmunu qəbul edilmir.
  • Başlıq və təsvir aydın, anlaşılan dilli yazılmalıdır.
  • Mövzular administrator təsdiqlədikdən sonra forumda görünəcəkdir.

4. Turnirlər

Turnirlər icma daxilində avtomobillərin və paylaşımların müqayisəsi üçün nəzərdə tutulub. Turnirlərdə iştirak edərkən:

  • Turnirə yalnız qeydiyyatdan keçmiş istifadəçilər qoşula bilər.
  • İştirak üçün seçdiyiniz avtomobil sizə məxsus olmalı və qaydalara uyğun paylaşılmış olmalıdır.
  • Saxta məlumat, manipulyasiya və ya fırıldaqçılıq cəhdləri (məsələn, süni bəyənmə/reaksiya artırma) qadağandır və diskvalifikasiya ilə nəticələnə bilər.
  • Turnirdə verilən şərtlərin hamısına əməl olunmalıdır. Əks halda, iştirak etmiş olsa belə şərtlərə/qaydalara əməl etməyən oyunçu qalib olmayacaq; belə halda 2-ci yerin sahibi 1-ci yerə, 3-cü yerin sahibi 2-ci yerə, 4-cü yerin sahibi isə 3-cü yerə keçərək nəticələr “sürüşdürmə” qaydası ilə yenilənəcək.

Qaliblərin təyin olunması

Turnir bitdikdən sonra qaliblər avtomatik olaraq aşağıdakı ardıcıllıqla seçilir:

  • Reytinq (ulduz) sayı: Daha yüksək reytinq üstünlük təşkil edir.
  • Bəyənmə sayı: Reytinq eynidirsə, daha çox bəyənməsi olan iştirakçı üstün sayılır.
  • İlk iştirak edən: Reytinq və bəyənmə sayı da eynidirsə, turnirə daha tez qoşulan iştirakçı (ilk qeydiyyat/iştirak tarixi) üstün sayılır.

5. Şərhlər

Şərhlər (avtomobil səhifələrində və forumda) konstruktiv və hörmətli olmalıdır. Aşağıdakılar qəti qadağandır:

  • Kobud və təhqiredici dil: Söyüş, təhqir, təcavüzkar və ya alçaldıcı ifadələr.
  • Şəxsi hücumlar: İstifadəçiləri adlarına, görünüşlərinə, ailəsinə və ya şəxsi həyatına görə hədəf almaq.
  • Nifrət və ayrı-seçkilik: Irq, milliyyət, din, cins və ya digər əsaslarla bağlı təhqiredici yazılar.
  • Spam və reklam: İcazəsiz reklam, link yayımı və ya eyni mətnin təkrarlanması.
  • Təhqir və təhdid: Başqalarını təhqir etmək, təhdid etmək və ya ictimai utandırmaq.

Fikir fərqləri normaldır. Mübahisə edərkən mövzuya yapışın və şəxsiyyətə deyil, fikrə cavab verin.

6. Qadağan olan məzmun və davranış

  • Oğurlanmış avtomobil haqqında məlumat, saxta qeydiyyat nişanı və ya başqasının avtomobilini özününkü kimi göstərmək.
  • Avtomobil və icma ilə əlaqəsiz məzmun (siyasi, reklam, fırıldaqçılıq və s.).
  • Başqasının adı, telefonu, ünvanı və ya digər şəxsi məlumatlarını icazəsiz yaymaq.
  • Çoxlu hesab açmaqla qaydaları pozmaq.

7. Nəticələr

Qaydaların pozulması aşağıdakı tədbirlərə səbəb ola bilər:

  • Xəbərdarlıq: Yüngül pozuntularda əvvəlcə xəbərdarlıq verilə bilər.
  • Məzmunun silinməsi: Qaydalara zidd avtomobil paylaşımı, forum mövzusu və ya şərh silinə bilər.
  • Müvəqqəti və ya daimi bloklama: Təkrarlanan və ya ciddi pozuntularda hesab bloklana bilər.

8. Bildirişlər və əlaqə

Qaydalara zidd məzmun və ya davranış görsəniz, saytda göstərilən «Təklif və şikayətlər» və ya «Əlaqə» bölməsi vasitəsilə bizə məlumat verin.

DRIVE Nation Azerbaijan
İstifadə etdiyiniz üçün təşəkkür edirik.

WhatsApp kanalına qoşul DRIVE Nation Azərbaycan